Mahir Emreli yenə ehtiyatda qaldı

12:36 - 17 Oktyabr 2022

Futbol üzrə Xorvatiya çempionatında 13-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Varazdin"i qəbul edib. Matç Zaqreb təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyatda qalıb.

 

Xallarını 34-ə yüksəldən "Dinamo" liderliyini davam etdirir. Zaqreblilər ən yaxın izləyicisi olan "Hayduk"u 8 xal qabaqlayır.

Xəbər xətti