"Şeffild Yunayted"in forvardı Ryan Joel Brüster Türkiyə millisində oynaya bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Liverpul"un sabiq üzvü Türkiyə Futbol Federasiyasından bununla bağlı təklif alıb.
Hətta "Şeffild Yunayted"in son turda "Blekpul"la (3:3) qarşılaşmasını Türkiyə millisinin hazırkı çalışdırıcısı Ştefan Kuntz da izləyib. Matçdan sonra isə almaniyalı mütəxəssis 22 yaşlı hücumçu ilə söhbətləşib.
"Çelsi" yetirməsi olan Rayan “Liverpul” və “Suonsi”də oynadıqdan sonra 2020-ci ildə “Şeffild Yunayted”ə keçib. O, İngiltərənin bütün aşağı yaş qruplarından ibarət yığmasında oynayıb. Forvardın anası Şimali Kiprdən olan türkiyəlidi, atası isə Barbadosdandı.
