"Napoli"nin forvardı Viktor Osimhen İtaliya A seriyasının 10-cu turunda "Bolonya"nı məğlub etdikləri (3:2) oyundan sonra komanda yoldaşı Xviçi Kvaratsxeliya barədə danışıb.
Sportal.az "DAZN"a istinadən xəbər verir ki, o, Gürcüstan millisinin üzvünün performansını dəyərləndirib.
"Kvaratsxeliyaya görə həqiqətən şadam. O, bütün təriflərə layiqdir. Xviça hələ yeni başlayıb, demək olar ki, heç nə görməmisiz. Məncə, Xviça bu mövsüm bizi böyük xəyallar qurmağa məcbur edəcək bütün keyfiyyətlərə malikdir. O, özünə çox inamlıdı, hamımız ona dəstək olmalıyıq. Xviçanın komandamız üçün həlledici rol oynadığını görürsüz".
