Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı

18:46 - 17 Oktyabr 2022

"Monpelye" baş məşqçisi ilə yollarını ayırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi ölkə çempionatının 11-ci turunda “Lans”a məğlubiyyətdən sonra Olivye Dalloqlio ilə yoluna davam etməmək qərarına gəlib. 

Hazırda “Monpelye” 12 xalla turnir cədvəlinin 11-ci pilləsindədi.

​58 yaşlı mütəxəssis “Dijon”, “Brest”i çalışdırdıqdan sonra 2021-ci ildə “Monpelye”yə baş məqşçi təyin edilmişdi.

Xəbər xətti