"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo 2022-ci ilin "Qızıl top" mükafatı səsverməsində 20-ci olub.
Sportal.az xəbər verir ki, bu barədə mükafatın sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd edək ki, portuqaliyalı ulduz daha əvvəl 5 dəfə "Qızıl top" mükafatının sahibi olub.
Mükafatın təqdimat mərasimi bu gün, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
saytlarin hazirlanmasi
