"Bavariya" "Borussiya"nın forvardını transfer edir

22:19 - 17 Oktyabr 2022

"Bavariya" Markus Türamı transfer etməyə hazırlaşır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Borussiya"nın (Münhenqladbax) hücumçusunun özü də Münhendə oynamağa maraqlıdı.

Artıq "Bavariya" bunun üçün "Borussiya" ilə danışıqlara start verib. Hazırkı klubu ilə mövsüm sonuna qədər müqaviləsi olan 25 yaşlı forvardın yayda Almaniya nəhənginə keçəcəyi gözlənilir.

Fransa millisinin hücumçusu "Soşo" və "Genqam"da oynadıqdan sonra 2019-cu ildə "Borussiya"ya keçib.

Xəbər xətti