"Mançester Yunayted"in futbolçusu Pol Poqba gələn həftədən məşqlərini bərpa edə bilər.
Sportal.az “The Times”a istinadən xəbər verir ki, zədəsini sağaldan “Yuventus”un yarımmüdafiəçisinin oktyabrın 25-də Çempionlar Liqasında "Benfika" ilə görüşdə heyətdə yerini alacaq.
Noyabrın 20-də başlayacaq DÇ-2022-yə qədər 29 yaşlı yarımmüdafiəçinin "qoca sinyora"nın heyətində 6 oyun keçirmək ehtimalı olacaq.
Belədə, Poqba Fransa yığmasının dünya çempionatı üçün ərizəsinə düşmək şansını saxlayır.
O, sonuncu dəfə iyulun 23-də “Qvadalaxara” ilə yoldaşlıq oyununda (2:0) meydana çıxmışdı.
