Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son oyun günündə "Fənərbaxça" səfərdə "Ankaragücü"nün qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 20-yə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Ankaragücü" isə 7 xalla 17-ci yerdədir.
"Ankaragücü" - "Fənərbaxça" 0:3
Qollar: Mişi Batşuayi, 3, İrfan Can Kahveçi, 25, Dieqo Rossi, 90+2
saytlarin hazirlanmasi