Məşhur futbolçu karyerasını başa vurdu

12:16 - 18 Oktyabr 2022

ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Qonsalo İquayn peşəkar karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, argentinalı forvard karyerasının son oyununu MLS-in pley-offunda "Nyu-York Siti"yə qarşı keçirib. 35 yaşlı hücumçu matç bitdikdən sonra göz yaşlarını saxlaya bilməyib.

 

Qeyd edək ki, Qonsalo İquayn Avropada "Real", "Napoli", "Yuventus", "Milan" və "Çelsi"də çıxış edib. Təcrübəli futbolçu Argentina yığmasının heyətində meydana çıxdığı 75 matçda 31 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti