Məşhur futbolçu stadionda siqaret çəkdi, komandadan qovuldu

13:07 - 18 Oktyabr 2022

Belçikanın "Antverpen" klubunda çıxış edən Radja Nainqqolan baş məşqçi Mark van Bommelin qəzəbinə tuş gəlib.

 

Sportal.az xəbər verir ki, buna səbəb 35 yaşlı yarımmüdafiəçinin davranışı səbəb olub.

 

Təcrübəli futbolçu ölkə çempionatının "Standard"la matçından əvvəl ehtiyat oyunçular skamyasında siqaret çəkərkən kameralara yaxalanıb. Niderlandlı məşqçi buna görə belçikalı oyunçunu əsas komandadan qovub.

 

Qeyd edək ki, Radja Nainqqolan "Antverpen"ə 2021-ci ilin yayında "İnter"dən transfer olunub. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti