"Real" hazırda 34 yaşı olan Kərim Benzemanın gedişindən sonrakı dövr üçün hücum xəttinə axtarışları davam etdirir.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin əsas transfer hədəfi "Mançester Siti"də çıxış edən Erlinq Haalanddır.
23 yaşlı forvardın müqaviləsində 2024-cü ilin yayında 180 milyon avroluq sərbəstqalma maddəsi var. "Real" da məhz bundan istifadə edərək 2024-cü ildə norveçli qolçunu transfer etməli planlaşdırır.
"Kral klubu" Haalandın gəlişinə qədər əgər razılığı olsa, Benzemanın müqaviləsinin müddətini 1 il müddətinə uzatmağı düşünür.
Qeyd edək ki, Erlinq Haaland "Mançester Siti"yə mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer olunub. Norveç millisinin üzvü "şəhərlilər"in heyətində meydana çıxdığı 14 matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
