UEFA Tükiyə bayrağı yandırıldığına görə klubu cərimələdi

17:26 - 18 Oktyabr 2022

UEFA Belçikanın "Antverpen" klubunu cərimələyib.

 

Sportal.az xəbər verir ki, buna səbəb Avropa Konfrans Liqası pley-off mərhələsinin "Başakşehir"lə matçında azarkeşlərin davranışı olub.

 

Belçikalı fanatlar qarşılaşmanın gedişində Türkiyə bayrağını yandırıblar. Buna görə də qitənin ali futbol qurulu "Antverpen" klubunu 10 min avro məbləğində cərimələyib.

 

Qeyd edək ki, "Antverpen" - "Başakşehir" matçı Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatmışdı. İki görüşün nəticəsinə görə üstünlük əldə edən İstanbul klubu Konfrans Liqasının qruo mərhələsinə yüksəlib.

Xəbər xətti