"Sabah"ın zədəli futbolçusu Tiemoko Fofananın komanda ilə məşqlərə qatılacağı vaxt dəqiqləşib.
Sportal.az saytına verilən məlumata görə, afrikalı forvard artıq bərpa prosesini keçməkdədi.
Mənbənin iddiasına görə, fərdi olaraq hazırlıqlara start verən forvardın bu ilin sonuna qədər komanda ilə məşqlərə qoşulacağı ehtimal edilir.
Xatırladaq ki, Fofana Finlandiyanın “İlveş” klubundan icarəyə götürülmüşdü. Ötən il isə onunla üç illik müqavilə imzalanıb.
saytlarin hazirlanmasi
