Portuqaliya millisinin hücumçusu dünya çempionatına yollana bilməyəcək

19:24 - 18 Oktyabr 2022

Portuqaliya millisinin və "Liverpul"un hücumçusu Dioqo Jotanın dünya çempionatında iştirakı sual altındadı.

Sportal.az xəbər verir ki, bu barədə Mersisayd klubunun baş məşqçisi Yurgen Klopp mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssisin dediyinə görə, portuqaliyalı hücumçu Qətərdə keçiriləcək mundiala qədər əzələsindəki zədəsini sağalda bilməyəcək.

Portuqaliyalı hücumçu səhhətindəki problemlərə görə gələn ay keçiriləcək DÇ-2022-ni buraxmaq məcburiyyətində qalacaq.

Xəbər xətti