İsveç millisinin forvardı Aleksander İsak bu il bir daha "Nyukasl"a kömək edə bilməyəcək.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, forvard belindən zədələnib.
Bununla bağlı "Nyukasl"ın baş məşqçisi Eddi Hau da açıqlama verib. O, forvardın bu ilin sonuna qədər meydançaya qayıtmayacağını bildirib:
"Böyük ehtimalla İsaki 2022-ci il dünya çempionatı başlamazdan əvvəl görməyəcəyik. Təəssüf ki, onun belində çox ciddi zədə var. Onun müalicəsi ilə məşğuldu".
Xatırladaq ki, 23 yaşlı hücumçu yayda "Real Sosyedad"dan "Nyukasl"a keçib.
