Kökçü qol vurdu, komandası mərhələ adladı

10:00 - 19 Oktyabr 2022

Niderland kubokunda 1/32 final mərhələsinin matçları oynanılıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olan Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" "Villem II" səddini aşa bilib. Görüş “Eyndhoven”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdakı yeganə qolu isə 2-ci dəqiqədə Kökçü vurub.Bu qələbə sayəsində "Eyndhoven" 1/16 finala yüksəlib.

Xəbər xətti