Misli Premyer Liqası: 17-ci turun təyinatları bəlli oldu

15:55 - 12 Dekabr 2022

Misli Premyer Liqasında 17-ci turun hakim təyinatları açıqlanıb.

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, FİFA referisi Əliyar Ağayev Tovuza yollanacaq və "Turan Tovuz" - "Neftçi" görüşünü idarə edəcək.

13 dekabr (çərşənbə axşamı)

“Qarabağ” – “Qəbələ”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov
“Azersun Arena”, 19:00

“Şamaxı” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu
Şamaxı şəhər stadionu, 14:00

14 dekabr (çərşənbə)

“Kəpəz” – “Sabah”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Gəncə şəhər stadionu, 14:00

“Sumqayıt” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”, 19:00

15 dekabr (cümə axşamı)

“Turan Tovuz” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Tovuz şəhər stadionu, 14:30

Xəbər xətti