Yığmamızda oynamış müdafiəçi Polşaya yollana bilər

16:17 - 12 Dekabr 2022

Ölkə xaricində oynayan azərbaycanlıların sayı arta bilər.

Sportal.az sportlife.az saytına istinadən xəbər verir ki, "Şamaxı"nın müdafiəçisi Elçin Mustafayev Polşanın ikinci liqa klubunun maraq dairəsindədir.

Belə ki, 22 yaşlı futbolçunun "Qurnik"ə keçmək ehtimalı var.

Leçna şəhərinin təmsilçisi Mustafayevi yayda azad agent kimi heyətində qatmağı planlaşdırır.

Bu mövsüm Elçin Premyer Liqada 13 matçda meydana çıxıb. 

Xəbər xətti