Braziliyalı "Qəbələ"də 50-ci oyununu keçirdi

16:35 - 12 Dekabr 2022

Ruan Renato “Qəbələ”də 50-ci oyununu keçirib.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçinin yubileyi Azərbaycan kubokunun 1/4 final mərhələsinə təsadüf edib. 28 yaşlı cənubi amerikalı “Qarabağ”la səfərdə baş tutan ilk matçda (2:2) meydana çıxıb.

2021-ci ilin yayında transfer olunan Ruan “Qəbələ”də keçirdiyi 50 görüşdə 2 qol vurub. O, Premyer Liqada 41 (2 qol), Azərbaycan kubokunda 7, UEFA Konfrans Liqasında 2 dəfə meydana çıxıb.

Renato “Qəbələ”də 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər oyununda debüt edib. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Xəbər xətti