İngiltərə klubu 33 yaşlı forvardı göndərəcək

16:51 - 12 Dekabr 2022

“Everton”un hücumçusu Salomon Rondon yanvarda komandanı tərk edə bilər. 

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 33 yaşlı venesuelalı forvard baş məşqçi Frenk Lempardın planlarına daxil deyil.

Onun gənclərdən ibarət komandaya göndəriləcəyi gözlənilir. Forvardın "Everton"la müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Venesuela millisinin hücumçusu “Las Palmas”, “Malaqa”, “Rubin”, “Zenit”, “Vest Bromviç”, “Nyukasl”, “Dalian”da və ÇSKA(Moskva) klublarında oynadıqdan sonra 2021-ci ildə “Everton”a keçmişdi.

 

Xəbər xətti