Skaloni: "Məğlub olmağı da, qalib gəlməyi də bilirik"

18:52 - 12 Dekabr 2022

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə keçirəcəkləri oyundan öncə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis 1/4 finalda Niderland üzərində qazanılan qələbədən sonra futbolçularının davranışlarının müzakirə olunması haqda danışıb. Skaloni centilmen komanda olduqlarını bildirib:

 

"Məğlub olmağı da, qələbə qazanmağı da bilirik. Dünya çempionatında Səudiyyə Ərəbistanına məğlub olduq və meydandan səssizcə ayrıldıq. Braziliyada "Kopa Amerika"nı qazandıq. Matçdan sonra Messi ilə Paredes tuneldə Neymarla yan-yana oturdular. Centilmen komanda olmağımız yönündə müzakirələrə son qoyulsun".

 

Qeyd edək ki, DÇ-2022-nin yarımfinalı çərçivəsində baş tutacaq Argentina - Xorvatiya qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Xəbər xətti