Xorvatiya milli komandası DÇ-2022-nin yarımfinalı çərçivəsində Argentina yığması ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "damalılar"ın baş məşqçisi Zlatko Daliç açıqlama verib. 56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini deyib:
"Yarımfinala çıxmaq Xorvatiya üçün böyük uğurdur, amma bundan daha çoxunu istəyirik. Argentina ilə matçda heç birimiz mübarizədən qaçmayacağıq. Gücümüz və istəyimiz var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. İki komandadan da dinamik və centilmencə oyun gözləyirəm.
Rəqibi təhlil etmişik. Necə oynayacaqlarını bilirik. Öz futbolçularıma güvənirəm. Onlar mükəmməl xarakterə sahibdirlər. Belə olmasaydı, yarımfinala qədər gələ bilməzdik. Son iki matçımızda əlavə vaxt və penaltilər seriyası oldu. Ancaq yorğunluqdan bəhs etmirik. Qələbə qazanmaq və dünya çempionatında ardıcıl ikinci dəfə finala yüksəlmək istrəyirik. Bu, Xorvatiya üçün bütün zamanların ən böyük uğuu olar".
Qeyd edək ki. Argentina - Xorvatiya görüşü sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
saytlarin hazirlanmasi
