Millinin kapitanı üçün mundial erkən bitdi

19:57 - 12 Dekabr 2022

Dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanan Mərakeş millisinin heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Afrika təmsilçisinin kapitanı Romen Saiss sıradan çıxıb. 1/4 finalın Portuqaliya ilə matçında (1:0) sıradan çıxan 32 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Əzələsində yırtıq aşkarlanan "Beşiktaş"ın futbolçusu üçün mundial erkən bitib. 

 

Qeyd edək ki, Mərakeş yığması dekabrın 14-ü Bakı vaxtilə saat 23:00-da Fransa ilə qarşılaşacaq.

Xəbər xətti