"Leyptsiq"in futbolçusu Yoşko Qvardiol İngiltərə nəhənglərinin transfer siyahısındadır.
Sportal.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" maraqlıdır.
Fransa mətbuatının yazdığına görə, "Mançester Siti" 20 yaşlı futbolçu üçün Almaniya klubuna bonuslarla birlikdə 100 milyon avro və sonrakı satışdan pay təklif edib. "Çelsi"nin təklifi 95 milyon avrodur. "Mançester Yunayted" isə 90 milyn avrodan keçməyə hazırdır.
"Barselona" və "Real"da Xorvatiya millisinin üzvü ilə maraqlanır. Lakin ispan klubları gənc müdafiəçinin qiymətinə görə transferdən vaz keçib.
Qeyd edək ki, Yoşko Qvardiol "Leyptsiq"ə 2021-ci ilin yayında Zaqreb "Dinamo"sundan transfer olunub. O, cari mövsümdə Almaniya klubunun heyətində meydana çıxdığı 19 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
