Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatan Markus Reşford karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində PSJ maraqlıdır. Paris klubu İngiltərə millisinin üzvünü dünyanın ən çox qazanan futbolçularından biri edəcək müqavilə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. O, cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 19 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
