Olimpiya çempionu, dünya rekordçusu David Rudişa təyyarə qəzasından sağ çıxıb.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keniyalı atletdən başqa 5 sərnişinin olduğu kiçik təyyarə Keniya yaxınlığındakı Rajiado bölgəsində qəza keçirib.
Pilotun səyləri nəticəsində qəzada ölən olmayıb. Yüngül xəsarətlər alan sərnişinlər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, David Rudişa 20212-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçışda dünya rekordunu qıraraq qızıl medal qazanıb. O, Rio-2016-da da çempion olub. Rudişa 2011-ci və 2015-ci illərdə isə dünya çempionluğu əldə edib.
saytlarin hazirlanmasi
