Fransa - Mərakeş matçının hakimləri açıqlandı

21:48 - 12 Dekabr 2022

DÇ-2022-nin yarımfinal mərhələsi çərçivəsində baş tutacaq Fransa - Mərakeş matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Meksikadan olan referilər idarə edəcək.

 

Görüşün baş hakimi Sezar Arturo Ramos olacaq. Ona yan xətt hakimləri Alberto Morin və Migel Ernandes kömək edəcək. Dördüncü hakim funksiyasını Xesus Valensuela yerinə yetirəcək.

 

VAR hakimi kanadalı Drü Fişer olacaq. Kolumbiyalı Nikolya Qallo isə onun köməkçisi vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, Fransa - Mərakeş qarşılaşması dekabrın 14-ü Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti