Millinin baş məşqçisi ilə yollar ayrılacaq

09:56 - 13 Dekabr 2022

Polşa Futbol Federasiyası milli komandanın baş məşqçi postunda dəyişiklik edəcək.

Sportal.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Çeslav Mixneviçlə yollar ayrılacaq.

52 yaşlı məşqçinin müqaviləsi dekabrın 31-də başa çatacaq. Onun müqavilə müddəti artırılmayacaq.

Xatırladaq ki, Polşa millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsində mübarizəni dayandırmışdı. 

Xəbər xətti