Ukrayna millisinin veteran forvardı Andrey Şevçenko Polşa yığmasının baş məşqçisi postuna təyin edilə bilər.
Sportal.az Polşa mətbuatına istinadən xəbər verir ki, yerli federasiya Çeslav Mixneviçin dekabrın sonunda başa çatacaq müqavilə müddətini uzatmayacaq.
Onu isə millidə Şevçenko əvəzləyəcək.
Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisini, 2021/2022 mövsümündə isə İtaliyanın “Cenoa” komandasını çalışdırıb.
