Avropanın nəhəng futbol klubları 2025-ci ildə klublar arası keçirilməsi planlaşdırılan dünya çempionatından imtina edib.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, FİFA ABŞ-da 32 komandanın iştirakı ilə turnir keçirməyi planlaşdırırdı.
Təşkilat komitəsi genişləndirilmiş klublararası dünya çempionatını indi olduğu kimi ildə deyil, dörd ildən bir keçirmək istəyirdi.
Amma Qətərdə keçirilən dünya çempionatı zamanı aparılan danışıqlar nəticəsiz qalıb.
