"İngiltərə ildən-ilə daha yaxşı ola biləcək komandadır"

14:32 - 13 Dekabr 2022

Almaniyalı millisinin veteran forvardı Yurgen Klinsmann DÇ-2022-nin 1/4 final matçında İngiltərənin Fransaya uduzması haqda danışıb.

Sportal.az "Goal.com"a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis İngiltərə yığması barədə xoş fikirlər səsləndirib:

"İngiltərə millisi tərəfdən çox müsbət oyun oldu. Əslində, Fransa - İngiltərə matçı yarımfinal və ya final olmalı idi. Təəssüf ki, komandalardan biri vətənə qayıtmalı oldu. Bu, hələ də inkişaf edən, ildən-ilə daha yaxşı ola biləcək komandadır. Onların heyətində çoxlu istedadlı var. Üç turnirdən sonra daha yaxşı təcrübəyə malikdirlər. İngiltərə hələ çox iş görə bilər".

 

Xəbər xətti