Ançelotti "Real"da qalmaq istəyir

15:20 - 13 Dekabr 2022

"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi postuna namizədlər arasında göstərilir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis yayılan xəbərlərə təəccüblənib.

İtaliyalı mütəxəssis iş yerini dəyişmək fikrində deyil.

Ançelottinin Madrid təmsilçisi ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədə olduğundan, onu baş məşqçi postuna gətirmək istəyən Braziliya Futbol Federasiyasının nümayəndələri “Real”la danışıqlar aparmalıdır.

63 yaşlı məşqçi 2013-2015-ci illərdə İspaniya nəhəngini çalışdırıb. Komanda onun rəhbərliyi altında yeddi kubok qazanıb.

Xəbər xətti