Poqba: "Bütün gücümü sizə ötürürəm"

15:59 - 13 Dekabr 2022

Zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyən "Yuventus"un futbolçusu Pol Poqba Fransa millisinin futbolçularına səslənib.

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi millidəki komanda yoldaşlarına dəstək nümayiş etdirib: "Uşaqlar, bütün gücümü sizə ötürürəm. Olan bütün qüvvəmi sizə verdim. Dostlarım".

Fransa millisi sabah finala çıxmaq üçün Mərakeşlə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanılacaq. 

 

Xəbər xətti