"Zirə" topa sahibolmada möhtəşəmdilər. Oyunlarını təhlil etmişdik və bilirdik ki, bizi ağır matç gözləyir. Sevinirik ki, futbolçularımız oyundan öncə legionerlərlə eyni səviyyədə tutulur. Bu şəraiti də oyunçularımız özü yaradıb. O səviyyəyə gəlib çatıblar. Amma bu, istədiklərimizə nail olduğumuz demək deyil. Düzdür, əvvəl başlayanda, bir neçə tur istədiyimiz oyunu göstərə bilirdik, nəticələr istədiymiz deyildi. Lakin ümidimiz var idi. Neçə turdur ki, xal itirmirik, sevinirik. "Zirə"yə uğurlar arzulayıram. Belə oyunların sayı çox olsa, futbolçularımız inkişaf edər. Futbolçularıma təşəkkür edirəm. Ehtiyatda oyunçularımız kifayət qədər deyil. Çalışırıq ki, əlimizdə olanlarla "Neftçi" oyununa yaxşı hazırlaşaq".
Sportal.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 17-ci turunun "Zirə" ilə (0:0) görüşündən sonra deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Qol epizodlarından yararlanmağınıza nə mane olurdu, təcrübəsizlik, yoxsa həyəcan?
- Bəzi epizodlardan istifadə edə bilməmək, təcrübəsizlikdən irəli gəlir. Oyunçularım oyundan-oyuna inkişaf edirlər, artırırlar. "Zirə"nin heyətində kifayət qədər təcrübəli qapıçı və müdafiəçilər var. Ona görə də, qol vurmaq alınmır. Həyəcan yox idi. Çünki futbolçulara izah edirik ki, itirəcək bir şey yoxdur. Nə barədə? Ölüm-itim olmur, futboldur da.
- "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüş barədə fikriniz necədir?
- Hər oyuna eyni hazırlıqlaşırıq, köklənirik. "Neftçi" möhtəşəm komandadır. Səfərdə bizi çətin oyun gözləyir. İnanıram ki, futbolçularım uğurlu seriyanın davamını gətirəcəklər.
- Qışda komandaya yeni oyunçular gətirəcəksiz?
- Danışıqlarımız gedir, amma ad çəkmək istəmirəm. Gənc oyunçular var ki, onlarla danışırıq, gətirmək istəyirik. Bizə qoyulam limit bitib deyə, icarəyə oyunçu götürə bilmirik. Yəqin ki, birbaşa heyətimizə qatarıq.
- "Şamaxı"nı ikinci dövrənin komandası adlandırmaq olar?
- Hər dəfə eyni sual olur. Həm sevinirəm, həm də kədərlənirəm. Keçmişə baxanda da, biz baxımlı oynayırdıq. Nəticə istədiyimiz kimi olmurdu. Amma biz oyuna baxırdıq və inanırdıq ki, nəticə gələcək. İkinci dövrənin ən yaxşısıyıq deyə bilərəm.
- Rəşad Sadıqov "Şamaxı"nı tərifləsə də, ancaq Cavid Hüseynovun adını qeyd etdi. Sizcə, nəyə görə baş məşqçi siz ola-ola, Cavidi təbrik etdi?
- Hər dəfə demişik ki, komandamızda iki baş məşqçi var. Rəşad Sadıqov ikisini də, deyəsi deyil. Bizim üçün fərqi yoxdur.
- Bu sizdə qıcıq yaratmırki?
- Əlbəttə ki, yox. Tək Cavid və Vüqar yox, hamının əməyi var.
- Elvin Məmmədovun meydanda olmaması oyununuza təsir etdi?
- Onu Qurban Səfərov əvəzləmişdi. Gənc və perspektivlidir. Elvini istədiyimiz kimi əvəzləyə bilmədi. Amma layiqli oynadı, bəyəndik. Elvinin yeri görünür, çünki təcrübəlilərimizdən biridir. Meydanda və kənarda futbolçularımıza çox köməyi dəyir.
Mirbağırağa
