Keçmiş "Fənərbaxça"lı Braziliya klubunun baş məşqçisi oldu

17:31 - 13 Dekabr 2022

"Fənərbaxça"nın keçmiş baş məşqçisi Vitor Pereyra yenidən braziliyada çalışacaq.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Flamenqo"nu çalışdıracaq. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

54 yaşlı mütəxəssislə 2023-cü ilin sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Vitor Pereyranın son iş yeri Braziliya "Korintians"ı olub.

Xəbər xətti