Ulduz futbolçu "Milan"a keçə bilər

19:10 - 13 Dekabr 2022

"Real"ın futbolçusu Eden Azar karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, belçikalı vingerin xidmətində "Milan" maraqlıdır. Bu barədə "Sky İtalia" məlumat yayıb. A Seriyası təmsilçisi 30 yaşlı futbolçunu icarəyə götürmək istəyir.

 

Qeyd edək ki, Eden Azar "Real"a 2019-cu ilin yayında "Çelsi"dən transfer olunub. Təcrübəli futbolçunun Madrid klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.

Xəbər xətti