Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda növbəti matçını keçirəcək.
Sportal.az xəbər verir ki, təmsilçimiz 1/16 final mərhələsinin ilk görüşündə Almaniyada "VfB SUHL Thüringen"lə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Cavab qarşılaşması isə dekabrın 15-də oynanılacaq. Həmin matç da Almaniyada baş tutacaq.
“Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı məğlub edib.
