Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Polşa millisini çalışdırmaq istəyir.
Sportal.az "Sport.pl" saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis adıçəkilən yığmanın baş məşqçisi olmaq istədiyi üçün Polşa Futbol İttifaqına müraciət edib.
Yerli federasiya Çeslav Mixneviçlə yollarını ayırmağı planlaşdırır. Dünya çempionatının 1/8 final mərhələsində Fransaya uduzan Polşa millisi mundialdakı çıxışını başa vurmuşdu.
Canni De Byazinin Azərbaycan millisinin sükanı arxasındakı müqaviləsi gələn ilin sonuna qədər hesablanıb.
saytlarin hazirlanmasi
