"Real" üçün niderlandlı forvard

10:36 - 14 Dekabr 2022

Niderland millisinin forvardı Kodi Qakpo İspaniyaya köçə bilər.

Sportal.az "Voetbalzone" portalına istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun xidmətində "Real" maraqlıdır.

"Kral klubu" niderlandlı forvard üçün artıq PSV ilə danışıqlara başlayıb.

İspaniya nəhəngi Qakpoya Kərim Benzemanın əvəzləyicisi kimi heyətinə qatmaq niyyətindədir.

Xatırladaq ki, forvardın xidmətində "Liverpul" və "Mançester Yunayted" də maraqlıdır. 

Xəbər xətti