Messi: "Final dünya çempionatında son oyunum olacaq"

11:34 - 14 Dekabr 2022

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatındakı çıxışını uğurla başa vurmaq üçün əlindən gələni edəcəyini bildirib.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi mundialda son oyununa çıxacağını söyləyib:

"Finalda oynayaraq dünya çempionatı səyahətimi başa vura bildiyim üçün qürur duyuram. Bu, mənim üçün həyəcanlı andır, çünki bu, dünya çempionatında son oyunum olacaq. Növbəti mundial 4 ildən sonra olacaq. Orada oynaya biləcəyimi düşünmürəm. Buna görə də, ümid edirəm ki, ən yaxşı şəkildə bitirəcəm".

Xatırladaq ki, Argentinal yarımfinalda Xorvatiyaya 3:0 qalib gələrək finala adlayıb.

 

Xəbər xətti