Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Qətərdə keçirilən dünya çempionatından sonra komandanı çalışdırmağa davam edəcək.
Sportal.az "TACC" agentliyinə istinadən xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssis özü məlumat verib
"Bəli, mən Xorvatiya millisi ilə işləməyə davam edəcəm. Müqaviləm 2024-cü il Avropa çempionatının sonuna qədər qüvvədədir".
Mütəxəssis qeyd edib ki, məğlubiyyətdən sonra üçüncü yer uğrunda oyuna köklənmək asan olmayacaq: "Psixoloji durumda bərpa olunmalıyıq. Futbolçular indi çox əsəbidir. Onlar daha çox şey edə bilərdilər. Matçdan sonra paltardəyişmə otağında onlara dedim ki, başlarını aşağı salmasınlar, bizdə başqa oyun var".
Dünən Xorvatiya millisi dünya çempionatının yarımfinalında Argentinaya 0:3 uduzub.
