Benjamin Pavar yayda “Bavariya”dan ayrılmaq istəyir.
Sportal.az fransalı müdafiəçi Münhen klubu ilə müqavilə müddətini uzatmaq niyyətində deyil. O, mövsümün sonunda özünə yeni komanda tapmaq niyyətindədir.
“Bavariya” müdafiəçini qış "transfer pəncərəsi"ndə təklif alacağı təqdirdə buraxmayacaq. Lakin klub 2024-cü ildə onu pulsuz əldən vermək istəmədiyi üçün fransalının yayda satışına razılıq verə bilər.
Pavard 2019-cu ildə 35 milyon avroya “Ştutqart”dan "Bavariya"ya keçib.
