Musa Qurbanlı Polşa klubuna keçə bilər

15:20 - 14 Dekabr 2022

"Qarabağ" və Azərbaycan millisinin forvardı Musa Qurbanlı Polşaya yollana bilər.

Sportal.az Polşa mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun "Poqon"a keçmək ehtimalı var.

Bu klubun Musanı qışda heyətinə qatmaq istədiyi bildirilir.

Qurbanlı bu mövsüm "Qarabağ"ın heyətində 18 matçda 13 qol vurub.
 

Xəbər xətti