“Trabzonspor” Rusiya millisinin üzvü Dmitri Barinovu heyətinə qatmaq istəyir.
Sportal.az “Sport Ekspress”ə istinadən xəbər verir ki, Türkiyə çempionu “Lokomotiv”də çıxış edən yarımmüdafiəçi üçün hərəkətə keçib.
Moskva təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Barinovun qışda Trabzona yollanacağı gözlənilir.
"Lokomotiv"in yetirməsi olan 26 yaşlı 2015-ci ildən əsas komandada çıxış edir.
O, 2019-cu ildən Rusiya yığmasının üzvüdür.
