Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2022-nin yarımfinal mərhələsinin Argentina ilə görüşü (0:3) haqda danışıb.
Sportal.az "TyC Sports"a istinadən xəbər verir ki, təcrübəli futbolçu matçın baş hakimi Daniele Orsatonu tənqid edib:
"Argentina layiqli qələbə qazandı. Onlar bizdən daha yaxşı idi. Hakimlər haqqında danışmağı sevmirəm. Amma bu hakim ən pislərindən biri idi. Onunla bağlı çox yaxşı xatirələrim yoxdur, o, sadəcə fəlakətdir. Argentinanın qələbəsinə kölgə salmaq istəmirəm, amma Orsatonun penalti qərarı bizi “öldürdü".
saytlarin hazirlanmasi
