"Son oyunlarda uduzduğumuza görə, komandanı toparlanmaq çətin idi. Yaxşı mübarizə apardıq. Komandanı dirçəltmək istəyirik. Qışda yeni gələcək oyunçularla komandanı formalaşdıracağıq. Gəncədə futbolu hamı yaxşı bilir. Heç-heçə layiqli, ədalətli idi".
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 17-ci turun
- Şuaybunu "oğurlamaq" istəyən klublar yoxdur?
- Maraqlanıblar. Eşitdim ki, onun haqda maraqlanıblar. Zədədən sonra onda geriləmə var idi. Amma onun rəqib müdafiəsini təzyiqdə saxlamağa görə, Azərbaycanda nömrə birdir. Komandanın xeyri üçün çalışır. Qol duyumu da var, yaradıcılığı yüksək deyil, amma onu da bacarır. Onu "oğurlamaq" istəyən olacaq.
- Əfran İsmayılovla aranızda yaşanan münaqişəyə aydınlıq gətirərdiniz...
- Heç bir münaqişə yoxdur. Kim nə istəyir, deyə bilər. Nəsə eşitmək istəyirsizsə, futbolçulardan soruşun.
- Rauf Əliyev, Əli Səmədov, Elvin Yunuszadə və Əfran İsmayılov kimi təcrübəliləri komandadan uzaqlaşdırdınız. Bu, nə ilə bağlıdır? Onlardan çəkinirsiniz? Bu məsələlərin arxasında nə dayanır?
- Arxasında heç nə dayanmır. Gəncə futbolumuzun beşiyidir. Sonuncu dəfə nə vaxt azərbaycanlı futbolçu Azərbaycan millisində oynayıb? Mahmud Qurbanovdan sonra Gəncədən kimsə millidə oynayıb? O da, 12 ildir ki, futbol oynamır. Əfran İsmayılov və Elvin Yunuszadə zədələnib, komandaya kömək edə bilmirsə...Mən gəncləşdirmə siyasəti aparıram. Arzu Atakişiyev 2005-ci il təvəllüdlüdür, əsas komanda ilə məşq edir. İlqar Nadiri ilə söhbətimiz olub ki, Azərbaycanda yetərincə gənc futbolçular var. U-21 millisinə namizəd olanları komandamıza cəlb etmək istəyirik. Əfran, Rauf, Elvinin yolları açıq olsun. Azərbaycan futboluna, "Kəpəz"ə yeni nəsil gəlməlidir. Bugünə qədər nəticə verdiyim komandada adıma sözlər çıxdı. Susdum. İndi də, kim nə istəyir, desin. Deyirlər, müsahibə verib. Allahı bilsin, özü bilsin. Mən o barədə heç nə deməyəcəm. Qarşıma məqsəd qoyulub ki, komanda Premyer Liqada qalmalıdır. İlqar Nadiriyə də demişdim ki, bacardığım qədər xal toplayacam. 16-17 xal toplamalıydıq. Hesablamalarım bəzi səbəblərə görə doğrulmadı. Ancaq komandamız futbol oynamağa başladı. Qışda əcnəbilər gələcək. Gedəcəklərin siyahısını da, rəhbərliyə vermişəm. Həyatımboyu heç kimlə qəsd-qərəzliyim yoxdur. Rəhbərliyə də, demişəm ki, komandada gəncləşdirmə siyasəti getməlidir. Ki, gələcəkdə güclü komandalarla mübarizə aparaq. gedənlərin yolu açıq olsun. Bu məsələyə son qoymuşam. Kim nə istəyir yazsın, desin. Söz azadlığı var. Mənim işim meydançadadır.
- Adını çəkdiyiniz futbolçuları sizdən əvvəl komandaya cəlb edilib. Bəlkə, siz həm də, əvvəlki baş məşqçiyə qarşı mübarizə aparırsız?
- Yaşar Vahabzadə böyük qardaşımızdır, məndən 10 yaş böyükdür. Məşqçilik elədir ki, bilmirsən, uğur olacaq, ya yox. Hamımızın başına gələ bilər. O vaxtı komandaya lazım olub, cəlb ediblər. Komanda uğursuzluq zolağına düşüb. "Kəpəz"in uğurlu olması üçün bu futbolçularla yollar ayrılmalıdır. Təkcə onlarlar deyil, bir neçə oyunçu da var. Əsas məsələ Yaşar Vahabzadə, idarə heyəti yox, Gəncə futbolunun düzəlməsidir. İllərdir bölgə futbolu deyirik. İş görmək istəyirsən ki, təməli qurulsun, zərbələr olur. Onda hamımız regionda futbolun olmasını yalandan istəmişik. Futbol beşiyi olan Gəncədən Mahmuddan sonra milli üçün futbolçu çıxmayıbsa, hamımız günahkarıq. Öz işim var və arxasında dayanmışam. Hər bir klubda gedən futbolçu olur, heç bir klubda bu qədər söz-söhbət yaranmır. Tərlan Əhmədov hansı futbolçunu çıxarırsa, dərhal o klub haqda söz-söhbət başlayır. Rəhbərliklə bir yerdəyik, arxamdadılar. Gəncə futbolu inkişaf etməli, komanda Premyer Liqada ortalarda olmalıdır.
- Rəhbərliyin arxanızda olduğunu dediniz. Amma Rauf Əliyevlə müqaviləyə xitam verilmədi. Adını çəkdiyiniz futbolçuların müqavilələri ləğv ediləcək?
- Bu, mənim işim deyil. Siyahını vermişəm, təşkilatı işlərlə rəhbərlik məşğul olur. Dünyanın bir nömrəli futbolçusu "Mançester Yunayted"dən qovulursa, "Kəpəz"in inkişafı üçün nəyisə niyə ləngidək? Biz "Mançester Yunayted" olmasaq da, bizdə Ronaldo olmasa da, futbolun tələbi budur. Rəhbərlik nə qərar verəcək, bilmirəm. Hansı mövqeyə futbolçular lazımdırsa, göstərmişəm siyahıda, futbolçular cəlb olunmalıdır. Bunun, müzakirəyə çıxaralacaq yanı yoxdur. İlqar Nadiri ilə bayaq danışdıq. Dedik ki, artıq komandanı gücləndirmək vaxtıdır. Çünki vaxtımız azdır.
- Rəqibləriniz qırmızı alır, amma siz xal itirirsiniz. Bu, nə ilə əlaqədardır?
- Belə komandalarda oyunda konsentrasiya tez itir. Rəqiblə meydanda eyni saydayıqsa, konsentrasiya daha güclü olur. Komandada görüləcək işimiz çoxdur. Müdafiə xəttində kobud səhvlər yaranır. Hava toplarında səhvlərimiz məni çox düşündürür. Biz ikinci dəfədir ki, azlıqda qalan rəqibdən qol buraxırıq. İkinci mərtəbədəki mübarizələrin 70 faizini uduzuruq.
Mirbağırağa
