"Qalatasaray"ın istədiyi futbolçu "Barselona"da qalacaq

18:17 - 14 Dekabr 2022

"Barselona" müqaviləsi mövsümün sonunda başa çatan İnaki Penanı komandada saxlayacaq.

 

Sportal.az "Relevo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Qalatasaray"ın istədiyi 23 yaşlı qapıçıya yeni müqavilə təklif edib. Sözləşmənin müddəti 2026-cı ilin yayına kimi olacaq. Qolkiper özü də İspaniya klubunda qalmaq istəyir.

 

Qeyd edək ki, İnaki Pena son mövsümün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, cari mövsümdə isə "Barselona"nın heyətində 1 rəsmi matçda meydana çıxıb.

 

 

Xəbər xətti