Mərakeşli futbolçu üçün 45 milyon avroluq təklif

18:36 - 14 Dekabr 2022

"Anje"nin və Mərakeş millisinin futbolçusu Azzedin Unai karyerasını İngilərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçini "Lester Siti" transfer etmək istəyir. Bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.

 

Premyer Liqa təmsilçisi gənc futbolçu üçün Fransa klubuna 45 milyon avroluq təklif göndərəcək.

 

Azzedin Unai ilə "Barselona" da maraqlanır. Kataloniya təmsilçisi Bernardo Sliva və İlkay Gündoğanı transfer edə bilməsə, mərakeşli oyunçunu heyətinə qatmağa çalışacaq.

 

Qeyd edək ki, 202-ci ilin yayından "Anje"də çıxış edir. O, cari mövsümdə komandanın heyətində 14 rəsmi matçda meydana çıxıb. Unai Qətərdə keçirilən dünya çempionatında isə Mərakeş millisinin keçirdiyi 5 oyunun hamısına start heyətdə başlayıb.

Xəbər xətti