"Qarabağ"ın rəqibi Niderland klubuna qalib gəldi

19:14 - 14 Dekabr 2022

Avropa Konfrans Liqasının 1/16 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" hazırlıq matçında qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Belçika təmsilçisi Niderlandın "Heerenvee" klubu ilə qarşılaşıb. Matç "Gent"in 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

​Xatırladaq ki, "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə görüşləri fevralın 16-ı və 23-də oynanılacaq.

Xəbər xətti