"Qarabağ" və "Neftçi"nin istədiyi futbolçu "Zenit"də

19:50 - 14 Dekabr 2022

Rusiyanın "Zenit" klubu adı "Qarabağ" və "Neftçi" ilə hallanan Nurali Aliplə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, Santk-Peterburq təmsilçisi icarə əsasında komandada çıxış edən qazaxıstanlı müdafiəçini birdəfəlik transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Premyer Liqa təmsilçisi 22 yaşlı mərkəz müdafiəçisi ilə 2,5+1 illik müqavilə imzaladığını açıqlayıb.

 

Qeyd edək ki, Nurali Alip Qazaxıstanın "Kayrat" klubuna məxsus idi. O, ilin əvvəlindən icarə əsasında "Zenit"də çıxş edirdi.

Xəbər xətti